Patriot raketlərinin çatışmazlığı Ukraynada narahatlıq yaradıb
Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin artan çatışmazlığı Ukraynada narahatlıq doğurur.
Crossmedia.az “The Economist” -ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı çox sayda raket-ələkeçiricidən istifadə etməsindən narahatdır.
Bildirilir ki, bu səbəbdən İsveçrəyə Patriot sistemləri üçün raket tədarükü yeddi il gecikir.
Həmçinin Lockheed Martin şirkəti müştərilərinə xəbərdarlıq edib ki, Pentaqonun ehtiyacları üçün yönləndirilə biləcək silah tədarükləri üzrə müəyyən edilmiş vaxtlara əməl olunmasına zəmanət verə bilmir.
21:03 19.08.2026
Oxunuş sayı: 45