Rusiya və Ukrayna 103 hərbi əsiri dəyişdirdi
Rusiya və Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın nəzarətində olan ərazidən 103 rusiyalı hərbçi geri qaytarılıb, əvəzində Ukraynaya 103 hərbçi təhvil verilib.
Hazırda azad edilən rusiyalı hərbçilər Belarus ərazisindədir. Onlara tibbi və psixoloji yardım göstərildikdən sonra Rusiyaya aparılaraq müalicə və reabilitasiya keçəcəkləri bildirilib.
Mübadilədə humanitar vasitəçilik səylərini Birləşmiş Ərəb Əmirliklərinin göstərdiyi qeyd olunub.
13:35 19.08.2026
Oxunuş sayı: 40