Prezident sözünü TUTDU - Şuşada balaca Gülərin arzusu çin oldu
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olub. Bu zaman ailənin balaca üzvü Gülər Prezident İlham Əliyevdən traktor istəyib.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev balaca Gülərin arzusunu reallaşdırıb.
Belə ki, bu günlərdə Əsədovlar ailəsinə traktor təqdim olunub.(Trend)
13:26 19.08.2026
Oxunuş sayı: 41