Ermənistanda TRIPP layihəsi ilə bağlı yeni detallar açıqlandı
Ermənistanda TRIPP layihəsinin hazırkı mərhələsi ilə bağlı bəzi detallar açıqlanıb.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə məlumat yayıb.
Məlumata görə, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib ki, hazırda layihə çərçivəsində araşdırmalar, hesablamalar və müxtəlif mühəndis-axtarış işləri aparılır. Bu işlərə dəmir yolu komponenti üzrə araşdırmalar da daxildir.
Qeyd olunub ki, marşrutun dəqiq parametrləri, layihənin dəyəri və infrastrukturun texniki xüsusiyyətləri aparılan işlər başa çatdıqdan sonra məlum olacaq. İlkin araşdırma variantının yaxın vaxtlarda hazırlanacağı bildirilib.
TRIPP layihəsinin hazırkı mərhələsi və növbəti addımları ilə bağlı bir sıra suallar Ermənistan Baş nazirinin Aparatına da göndərilib.
12:13 19.08.2026
Oxunuş sayı: 56