Tramp İranla heç bir təmasın olmadığını açıqayıb
ABŞ Prezidenti Donald Tramp İranla hər hansı danışıqlar və ya təmasların olmadığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, İranla danışıqlar aparılmır və belə təmasların keçirilməsi də planlaşdırılmır.
“İran İslam Respublikası ilə heç bir danışıqlar və ya təmas aparılmır və planlaşdırılmır. Dəniz blokadası tam həcmdə qüvvədədir və fəaliyyətini davam etdirir. Hörmüz boğazı açıqdır və fəaliyyət göstərir. Bütün dəniz minaları çıxarılıb və ya məhv edilib”, – Tramp deyib.
ABŞ prezidentinin sözlərinə görə, Hörmüz boğazında gəmiçilik davam edir.
18:09 18.08.2026
Oxunuş sayı: 45