İran Hörmüz boğazında BƏƏ-yə məxsus neft tankerini saxlayıb
Birləşmiş Ərəb Əmirliklərində yerləşən şirkətə məxsus neft tankerinin Hörmüz boğazından keçərkən İranın Qeşm adası yaxınlığında saxlanıldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Fars News Agency”nin məlumatına görə, gəminin hərəkəti dəniz naviqasiyası məlumatlarında da dayanmış kimi göstərilib.
Tankerin adı və onu idarə edən BƏƏ şirkətinin kimliyi açıqlanmayıb. Anadolu Ajansı
Məlumata əsasən, Hörmüz boğazından təhlükəsiz keçmək istəyən tankerlər İran tərəfindən müəyyən edilmiş marşrutdan istifadə etməli, xidmət haqqı ödəməli və İranın icazəsini almalıdır.
Hadisə ilə bağlı İran və BƏƏ rəsmilərindən hələlik rəsmi açıqlama verilməyib.
23:30 17.08.2026
Oxunuş sayı: 50