CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

18:34 02.06.2026

ABŞ və İsrail arasından "qara piçik" keçdi?- Son telefon danışığında...

2

Məlumata görə, İran eyni zamanda qlobal enerji və ticarət marşrutları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazının tam blokadası imkanını nəzərdən keçirir. Bununla yanaşı, Bab əl-Məndəb boğazında da əlavə tədbirlərin görülməsi variantları müzakirə olunur ki, bu da regionda geosiyasi gərginliyin yeni mərhələyə keçə biləcəyindən xəbər verir. Məsələ ilə bağlı politoloq Zaur Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bu məlumat hazırda əsasən mediada yayılan xəbərlərə əsaslanır. Belə ki, Tasnim agentliyi İranın ABŞ ilə danışıqlardan geri çəkildiyini iddia edib. Son dövrlərdə Tehran və Vaşinqton arasında müəyyən yaxınlaşma müşahidə olunduğundan, bu xəbər ictimaiyyətdə ciddi rezonans doğurdu. Lakin faktiki vəziyyət göstərir ki, İran və ABŞ arasında danışıqlar prosesi davam edir. Hazırda ABŞ tərəfindən irəli sürülən təkliflər İran rəhbərliyi tərəfindən müzakirə olunur və yayılan məlumatlara əsasən, rəsmi cavab hələ təqdim edilməyib. Məsələ ondadır ki, həm ABŞ, həm də İran tərəfi qarşı tərəfin kompromisə və sülhə maraqlı olduğunu nəzərə alaraq danışıqlarda maksimalist mövqe nümayiş etdirir, öz maraqlarının daha geniş şəkildə təmin edilməsinə çalışır. İran tərəfi isə bildirir ki, Vaşinqtonun irəli sürdüyü bəzi tələblər qəbuledilməzdir və hətta müəyyən mənada kapitulyasiya xarakteri daşıyır. Bununla yanaşı, Tehran İsrailin Livanda hərbi əməliyyatları davam etdirməsini də ciddi problem kimi qiymətləndirir və bu əməliyyatların dərhal dayandırılmasını tələb edir. Digər tərəfdən, İsrail məsələsi ABŞ daxilində də müəyyən fikir ayrılıqlarına səbəb olur. Rəsmi bəyanatlarda danışıqlar prosesinə münasibət müsbət olsa da, ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında bu məsələdə fərqli yanaşmaların olduğu müşahidə edilir. Məlumatlara görə, tərəflər arasında keçirilən son telefon danışığında da müəyyən gərgin məqamlar yaşanıb"

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR