Zelenski: Bizi dizel yanacağı ilə bağlı razılaşmalara cəlb etməyin
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı razılaşmalarda iştirak etmək istəmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə “Financial Times” nəşrinə müsahibəsində danışıb.
Ukrayna lideri Rusiyanın hücumlarına cavab verməkdə davam edəcəklərini vurğulayıb.
“Mən bu məsələdə iştirak etmək istəmirəm. Əgər o (Putin) bizə hücum edərsə, biz cavab verəcəyik. Bizim qaydamız belədir. Bizi dizel yanacağı ilə bağlı hər hansı razılaşmalara cəlb etməyin”, – deyə Zelenski bildirib.
O, həmçinin Ukraynanın enerji sahəsində atəşkəsə hazır olduğunu, lakin bunun qarşılığında ölkəsinin müdafiə imkanlarının gücləndirilməsini, xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin verilməsini istədiyini qeyd edib.
13:22 15.10.2026
Oxunuş sayı: 61