Zəvvarlarımız Məkkəyə çatdılar

Azərbaycandan Həccə gedən sonuncu zəvvar qrupu Məkkəyə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, sonuncu qrupa 122 zəvvar daxildir.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.
Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib.(report)
18:45 31.05.2025
Oxunuş sayı: 1387