Danimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib
Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib.
Crossmedia.az "TV2" telekanalına istinadən xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb.
B.Yuhansson 1996–2000-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/4 finala qədər irəliləyib və bu mərhələdə Braziliyaya 2:3 hesabı ilə uduzub. 2000-ci il Avropa çempionatında isə danimarkalılar qrup mərhələsinin hər üç matçında məğlub olaraq pley-offa yüksələ bilməyiblər.
Klub səviyyəsində B.Yuhansson İsveçin "Ester" komandası ilə iki dəfə ölkə çempionu olub. Mütəxəssis həmçinin "Silkeborq"la Danimarka çempionatının qalibi adını qazanıb.
12:23 15.10.2026
Oxunuş sayı: 58