CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: onkologiya

20:10 28.10.2026

Süd vəzi xərçəngi ilə mübarizə: BDU-da maarifləndirmə tədbiri keçirilib

56

Bakı Dövlət Universitetində (BDU) “Çəhrayı Oktyabr” maarifləndirmə kampaniyası çərçivəsində “Süd vəzi xərçəngi: elmdən həyata” mövzusunda tədbir keçirilib. BDU-dan Crossmedia.az-a bildirilib ki, tədbirdə xərçəng xəstəliklərinin profilaktikası və erkən diaqnostikasının əhəmiyyəti vurğulanıb. Biotibbi tədqiqatlar və texnologiyalar mərkəzinin direktoru Vüqar Yaqublu və Bioarxeologiya elmi-tədqiqat laboratoriyasının müdiri Qumru Hüseynova BDU ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsi arasında 2025-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən birgə elmi və maarifləndirici layihələr barədə məlumat verib, süd vəzi xərçənginin dünyada və Azərbaycanda qadınlar arasında ən çox yayılmış xərçəng növü olduğunu bildiriblər. Sonra DTX-nin Hərbi-tibb baş idarəsinin mütəxəssisləri - tibb üzrə fəlsəfə doktoru, onkoloq-mammoloq, onkoplastik və rekonstruktiv cərrah Samir Qurbanov və cərrah mammoloq-onkoloq Leyla Bayramova çıxış ediblər. Mütəxəssislər təqdimatlarında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Qlobal Xərçəng Müşahidə Mərkəzinin (GLOBOCAN) rəsmi statistik məlumatlarına istinad edərək bildiriblər ki, hər il dünyada süd vəzi xərçənginə təqribən 2.3 milyon yeni yoluxma faktı qeydə alınır. Ümumi qlobal statistikaya əsasən, hər 8 qadından birində həyat boyu bu xəstəliklə qarşılaşma riski özünü büruzə verir (orta hesabla 12-13%). Lakin xəstəlik erkən mərhələdə aşkarlandıqda və vaxtında diaqnoz qoyulduqda tam sağalma göstəricisi 90-95%-dən yüksəkdir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR