CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: ana dili

09:39 03.11.2026

İranda ana dilində təhsil hüququ: Problemlər və həlli yolları

114

Danılmaz faktdır ki, İranda yaşayan azərbaycanlılar tarix boyu bu ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında mühüm rol oynamış, onun inkişafına əhəmiyyətli töhfələr vermişlər. Azərbaycanlıların əsrlər boyu qoruyub yaşatdıqları zəngin ədəbi-tarixi irs, milli-mədəni dəyərlər və formalaşdırdıqları ənənələr təkcə İrannın deyil, bütövlükdə regionun ictimai və mədəni həyatında da özünəməxsus yer tutmuşdur. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, İranda yaşayan soydaşlarımızın öz doğma ana dilində təhsil almaq hüququ bu günədək təmin olunmamışdır. Zəngin tarixi və ədəbi ənənələrə malik Azərbaycan dili yalnız gündəlik ünsiyyət vasitəsi kimi məişət mühitindən kənara çıxa bilməmişdir. Bu isə soydaşlarımızın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə miras olaraq ötürmək imkanları ilə bağlı dərin təəssüf və haqlı narahatlığına səbəb olur. Çünki bir xalqın öz doğma ana dilində təhsil hüququnun təmin edilməsi yalnız dil və mədəniyyət məsələsi deyil, həm də o, xalqın fundamental hüquqlarının qorunması və milli-mədəni irsinin yaşadılması baxımından mühüm önəm kəsb edir. Bu hüquq, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərində də öz əksini tapan fundamental insan hüquq və azadlıqlarından biri hesab olunur.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər