CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Elmi

17:00 06.10.2026

AMEA-nın müxbir üzvü Misir Mərdanovun 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

110

Oktyabrın 6-da AMEA-nın Rəyasət Heyətinin binasında görkəmli riyaziyyatçı alim, tanınmış ictimai xadim və pedaqoq, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Misir Mərdanovun 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Crossmedia.az xəbər verir ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və AMEA Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının, eləcə də AR Elm və Təhsil Nazirliyinin tabeliyində olan bir sıra elmi müəssisələrin direktorları, əməkdaşları, həmçinin Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri və riyaziyyatçı alimlər iştirak ediblər. Tədbirdən öncə professor Misir Mərdanovun 80 illik yubileyi çərçivəsində təşkil olunmuş sərgiyə baxış keçirilib. Elmi sessiyanı giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu günlərdə görkəmli riyaziyyatçı alim, tanınmış ictimai xadim və böyük pedaqoq Misir Mərdanovun anadan olmasının 80 illiyi tamam olur.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR