12:36 21.11.2026
Azərbaycanda taxılçılığa dövlət dəstəyi qaydaları dəyişə bilər
130
Taxılçılıq sahəsində dövlət dəstəyi mexanizmlərinin məhsuldarlıq, keyfiyyət göstəriciləri və istehsal nəticələri ilə əlaqələndirilməsi vacibdir.
Crossmedia.az xəbər verir ki, bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsi, baş məsləhətçi Musa Yusibov deyib.
Onun sözlərinə görə, taxılçılığın intensiv inkişafı, xüsusilə buğda istehsalında keyfiyyət və məhsuldarlığın yüksəldilməsi üçün dövlət dəstəyi mexanizmlərinin daha çox nəticəyönümlü olması, müasir becərmə texnologiyalarının tətbiqinin genişləndirilməsi və rayonların istehsal potensialına uyğun ixtisaslaşmasının dərinləşdirilməsi vacibdir. Bu məqsədlə məhsuldarlığı aşağı olan rayonlarda mövcud problemlərin səbəbləri araşdırılmalı, optimal becərmə üsullarını müəyyən edən texnoloji xəritələr hazırlanmalı və müvafiq tədbirlər görülməlidir.