CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Dövlət Komitəsi

19:32 30.10.2026

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə edilib

62

Oktyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, “Tbilisi prospekti, 129” (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) ünvanı üzrə ərazi partiya təşkilatında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn strateji məsələlərin təhlili və icrasına həsr olunmuş müşavirə keçirilib. Crossmedia.az xəbər verir ki, müşavirə Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, habelə respublikamızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultaydakı tarixi nitqinin ölkənin gələcək inkişaf prioritetlərini müəyyən edən mükəmməl yol xəritəsi olduğunu diqqətə çatdırıb. Komitə sədri xüsusilə vurğulayıb ki, dövlətimizin başçısının proqram xarakterli çıxışında Böyük Qayıdışa dair səsləndirdiyi fikirlər, azad edilmiş ərazilərdə sürətlə aparılan bərpa-quruculuq işləri, müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarına təhlükəsiz, mərhələli və ləyaqətlə qayıdışının təmin olunması Dövlət Komitəsinin və hər bir partiya üzvünün qarşısında mühüm vəzifələr qoyur.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər