CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Azərbaycan Dili

12:28 09.10.2026

I Türkoloji Qurultay kontekstində Türk dünyasının ortaq terminoloji məkanı və Azərbaycan dilinin rolu

72

XXI əsrdə rəqəmsallaşma və beynəlxalq elmi əməkdaşlığın genişlənməsi türk dillərində terminoloji sistemlərin inkişafı, terminlərin standartlaşdırılması və ortaq elmi ünsiyyət imkanlarının artırılması məsələlərini aktuallaşdırmışdır. Türk dillərinin qohumluğuna və struktur yaxınlığına baxmayaraq, terminoloji sistemlərindəki fərqlər elmi informasiya mübadiləsində müəyyən çətinliklər yaradır. Bu problemlərin tarixi köklərinin araşdırılması baxımından 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın terminoloji irsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə Qurultayın 100 illik yubileyinin qeyd olunmasının nəzərdə tutulması və bu yubileyin Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün Qəbələ Bəyannaməsində əksini tapması tarixi irsin müasir elmi əməkdaşlıq kontekstində öyrənilməsinin aktuallığını artırır. Bu baxımdan Qurultayda terminologiya ilə bağlı irəli sürülmüş ideyaların və onların türk dillərində terminoloji fikrin inkişafı ilə əlaqəsinin araşdırılması, eləcə də Azərbaycan dilinin terminoloji təcrübəsinin ortaq elmi ünsiyyət imkanları baxımından qiymətləndirilməsi müasir türkologiyanın mühüm tədqiqat istiqamətlərindəndir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR