CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Apple Watch

12:41 28.09.2026

Apple-a 5,72 milyard dollarlıq cəza

45

ABŞ-da Apple-a qarşı patent mübahisəsində 5,72 milyard dollarlıq təzminat qərarı çıxarılıb. Crossmedia.az xəbər verir ki, San Dieqodakı federal məhkəmənin münsiflər heyəti Apple-ın iPhone və Apple Watch cihazlarında istifadə etdiyi “Taptic Engine” texnologiyasının Taction Technology şirkətinə məxsus iki patentin müəyyən tələblərini pozduğu qənaətinə gəlib. Münsiflər Taction Technology-yə 5 milyard 721 milyon 961 min 750 dollar təzminat ödənilməsinə qərar veriblər. Patent Litigator Taction Technology Apple-ı toxunma və vibrasiya effektləri yaradan mexanizmdə öz patentləşdirilmiş texnologiyasından icazəsiz istifadə etməkdə ittiham edib. Mübahisə əsasən iPhone və Apple Watch modellərindəki “Taptic Engine” sistemi ilə bağlıdır. Investing.com Apple qərardan şikayət edəcək Apple məhkəmə qərarı ilə razılaşmadığını və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət Taction Technology-yə məxsus texnologiyadan istifadə etmədiyini və öz “Taptic Engine” sisteminin fərqli prinsiplə işlədiyini bildirir. Investing.com Münsiflər heyəti patent pozuntusunun qəsdən törədilmədiyi qənaətinə gəlib. Bu səbəbdən iş üzrə qəsdən patent pozuntusuna görə əlavə artırılmış təzminat tətbiq edilməyib. Patent Litigator Qeyd edək ki, Taction Technology Apple-a qarşı iddianı 2021-ci ildə qaldırıb. 2023-cü ildə aşağı instansiya məhkəməsi Apple-ın xeyrinə qərar versə də, həmin qərar sonradan apellyasiya instansiyası tərəfindən ləğv edilərək iş yenidən baxılmağa qaytarılıb. Investing.com Hazırkı 5,72 milyard dollarlıq məbləğ münsiflər heyətinin verdiyi qərardır və Apple-ın elan etdiyi apellyasiya prosesi səbəbindən hüquqi proses hələ başa çatmayıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR