CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: ABŞ Xəzinə Nazirliyi

20:00 27.09.2026

ABŞ Xəzinə Nazirliyindən İranla bağlı yeni addımlar

47

ABŞ Maliyyə Nazirliyi İranın iqtisadi sektoruna qarşı yeni tədbirlərin həyata keçirildiyini açıqlayıb. Crossmedia.az xəbər verir ki, ABŞ Maliyyə naziri Skott Bessent “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada “İqtisadi təcrid” əməliyyatı çərçivəsində İran bankları və aviasiya xidmətləri göstərən şirkətlərə qarşı hədəfli maliyyə tədbirlərinin tətbiq edildiyini bildirib. Bessentin sözlərinə görə, ABŞ nümayəndə heyətləri müxtəlif ölkələrə göndərilərək hökumətlərlə danışıqlar aparıb və İranla bağlı əlavə tədbirlərin görülməsi təşviq edilib. O qeyd edib ki, bu səylər nəticə verməyə başlayıb. Bessentin iddiasına görə, Türkiyə və Oman “Mahan Air” aviaşirkətinin reyslərini dayandırıb, Birləşmiş Ərəb Əmirlikləri isə İran aviaşirkətlərinin uçuşlarını müvəqqəti dayandırıb. ABŞ rəsmisi həmçinin bildirib ki, BƏƏ və Türkiyədə fəaliyyət göstərən bəzi iri kommersiya bankları İranla əməliyyatları dayandırıb. Bessent İran iqtisadiyyatına təsirlərdən danışaraq, ölkədə milli valyutanın məzənnəsinin rekord aşağı səviyyələrə düşdüyünü iddia edib. ABŞ Maliyyə naziri Böyük Britaniya, Türkiyə, Oman və BƏƏ hökumətlərinə əməkdaşlığa görə təşəkkür edib və İranla bağlı əlavə tədbirlərin davam etdiriləcəyini bildirib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR