15:22 03.06.2026
Rusiya Ermənistana qarşı daha açıq iqtisadi və siyasi təzyiq vasitələrindən istifadə edəcək - Politoloq
60
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistanın Avrasiya İqtisadi İttifaqından mümkün uzaqlaşmasının nəticələri ilə bağlı səsləndirdiyi fikirlər regionda yeni geosiyasi müzakirələrə səbəb olub. Volodin bildirib ki, Ermənistanın inteqrasiya kursunu dəyişməsi iqtisadi və sosial nəticələr doğura, xüsusilə enerji, ticarət, miqrasiya və maliyyə sahələrində ciddi dəyişikliklərə gətirib çıxara bilər. O, bu prosesi Ukrayna nümunəsi ilə müqayisə edərək Ermənistanın da oxşar çətinliklərlə üzləşə biləcəyini iddia edib. Son illər Ermənistanın xarici siyasətində müşahidə olunan dəyişikliklər, Avropa ilə münasibətlərin aktivləşdirilməsi və Rusiya ilə münasibətlərdə yaranan gərginlik bu mövzunu daha da aktuallaşdırıb. Bu fonda suallar yaranır: Ermənistan bu mərhələyə necə gəlib çıxdı? Rusiya ilə münasibətlər niyə bu qədər sürətlə dəyişdi? Və həqiqətənmi, Ermənistanı səsləndirilən iqtisadi və siyasi nəticələr gözləyir, yoxsa bu daha çox geosiyasi xəbərdarlıq xarakteri daşıyır?