Azərbaycan 8 ayda 16 milyard kubmetrdən çox təbii qaz ixrac edib
Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 16 milyard 377 milyon 579,25 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə Crossmedia.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 5 milyard 710 milyon 869,27 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin 8 ayı ilə müqayisədə 0,5 %, dəyəri isə 4,8 % azdır.
Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 26,18 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27,8 % artıb, idxal isə 24,1 % azalıb.
15:36 15.09.2026
Oxunuş sayı: 46