Zelenski Trampdan 50 il müddətinə təhlükəsizlik zəmanətləri istəyib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın prezidenti Donald Trampa müraciət edərək Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətlərinin verilməsini xahiş edib. Zelenskinin təklifi 50 ilə qədər olan dövrü əhatə edən təhlükəsizlik təminatlarını nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki,məlumata görə, hazırda müzakirə olunan plan ABŞ tərəfindən Ukraynaya 15 illik təhlükəsizlik zəmanətlərinin verilməsini ehtiva edir. Lakin Kiyev bu müddətin kifayət etmədiyini hesab edir və daha uzunmüddətli, davamlı mexanizmlərin yaradılmasını vacib sayır.
Ukrayna rəhbərliyi bildirir ki, uzunmüddətli təhlükəsizlik zəmanətləri ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, regional sabitliyin təmin olunması və gələcək təhlükələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bu zəmanətlərə hərbi dəstək, müdafiə sahəsində əməkdaşlıq, silah təchizatı və mümkün təhdidlər zamanı siyasi-diplomatik dəstək kimi mexanizmlərin daxil edilməsi gözlənilir.
Məsələ ilə bağlı Tramp tərəfinin mövqeyi və mümkün razılaşmanın detalları hələlik açıqlanmayıb. Müzakirələrin davam etdiyi və yekun qərarın siyasi proseslərin gedişindən asılı olacağı bildirilir.
Nastya Qəniyeva
14:20 29.12.2025
Oxunuş sayı: 2971