Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 3 nəfər şəhid oldu
Türkiyənin təhlükəsizlik qüvvələri Yalova vilayətinin Elmalık kəndində İŞİD terror təşkilatının üzvləri ilə silahlı toqquşmaları davam etdirir. Hadisə ilə əlaqədar olaraq kəndə giriş və çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb, ərazidə geniş təhlükəsizlik tədbirləri görülür.
Crossmedia.az xəbər verir ki,Türkiyənin daxili işlər naziri bildirib ki, Yalovada baş verən toqquşma nəticəsində 3 polis əməkdaşı həlak olub. Eyni zamanda, silahlı şəxslərin gizləndiyi binada olan 5 qadın və 6 uşaq sağ-salamat təxliyə edilib.
Nazirin sözlərinə görə, əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib. Məlumata əsasən, öldürülən silahlı şəxslərin hamısı Türkiyə vətəndaşıdır.
Hazırda bölgədə təhlükəsizlik qüvvələrinin əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin bütün detalları araşdırılır, ərazi tam nəzarətə götürülənədək tədbirlərin davam edəcəyi bildirilib.
Nastya Qəniyeva
14:36 29.12.2025
Oxunuş sayı: 3259