CROSSMEDIA - Analitik İnformasiya Portalı

Dünya

19:45 13.07.2025

Macarıstanın ən qədim kitabxanasında həşərat axını: 100 min kitab təhlükə altında

169

Macarıstanın Pannonhalma şəhərində yerləşən və ölkənin ən qədim kitabxanası hesab olunan Pannonhalma Manastır Kitabxanasında 100 mindən çox kitab “kitab qurdları” adlı həşəratların hücumuna məruz qalıb. Kitabları xilas etmək üçün zamanla yarışan mütəxəssislər təcili şəkildə dezinfeksiya və konservasiya işlərinə başlayıblar. Crossmedia.az xəbər verir ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş minillik tarixə malik Pannonhalma Manastırı, Macarıstanın ən qədim elmi və dini mərkəzlərindən biridir. Restorasiya layihəsinin rəhbəri Jsofiya Edit Hacdunun verdiyi məlumata görə, bu, kitabxananın bir neçə bölməsində təsbit edilmiş irimiqyaslı istiladır və bütün kolleksiya eyni anda təmizlənməlidir. “Bu qədər geniş yayılmış bir həşərat hücumu ilə heç vaxt qarşılaşmamışdım”, – deyə o bildirib. Axın ilk dəfə kitabxanada aparılan gündəlik təmizlik zamanı aşkar edilib. Kitab rəflərinin üzərində qeyri-adi toz qatı görünmüş, daha sonra kitab cildlərində və səhifələrində deşiklər müəyyən edilib. Kitabxananın direktoru İlona Aşvanyi açıqlamasında ən nadir və qədim kitabların ayrıca mühafizə olunduğunu və hazırda təhlükədə olmadığını bildirib. O, qeyd edib ki, kolleksiyaya dəyə biləcək hər hansı zərər ölkənin mədəni, tarixi və dini irsinə ağır zərbə ola bilər. Həşəratların məhv edilməsi üçün kitablar sandıqlara yığılaraq uzun və oksigensiz plastik torbalara yerləşdirilir. Bu sandıqlar altı həftə ərzində saf azot qazı ilə dolu mühitdə saxlanılacaq. Bu prosesin sonunda kitabların içindəki həşəratların ölməsi gözlənilir. Daha sonra kitablar bir-bir yoxlanacaq, xüsusi vakuum üsulu ilə təmizlənəcək və yalnız zərər görməyən nüsxələr yenidən raflara qaytarılacaq. Zərər görən kitablar isə ayrıca restavrasiya ediləcək. Mədinə Cəlilova

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR