Rusiya dronları süni intellektlə hədəfləri özü tapır
Rusiya istehsalı “Molniya” kamikadze dronlarının süni intellektdən istifadə edərək hədəfləri müstəqil axtarıb məhv etdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “Strana” bu barədə məlumat yayıb.
Ukrayna prezidentinin müşaviri Sergey Beskrestnovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri hədəfləri əvvəlcədən müəyyən edilmiş parametrlər əsasında tanıya bilən “Molniya” dronlarından fəal istifadə edir.
O bildirib ki, bu dronlar müəyyən binalar və hərbi texnika kimi konkret hədəfləri tanımaq imkanına malikdir.
Beskrestnovun sözlərinə görə, belə pilotsuz uçuş aparatı başqa əraziyə tamamilə avtonom şəkildə göndərilə bilər. Bu zaman onun peyk naviqasiyası siqnallarına ehtiyacı olmur, çünki dron ətraf mühitin görüntüsünü analiz edərək özü istiqamətini müəyyənləşdirir.
Məlumatlara görə, “Molniya” dronlarının süni intellekt və kompüter görməsi imkanlarından istifadəsi ilə bağlı iddialar son aylarda Ukrayna tərəfinin açıqlamalarında da yer alıb.
14:57 04.09.2026
Oxunuş sayı: 46