Rusiyada qaz ehtiyatları tarixi maksimuma çatacaq
Rusiyanın yeraltı qaz anbarlarının qışa hazırlıq çərçivəsində doluluq səviyyəsi artıq 90 faizə çatıb.
Crossmedia.az xəbər verir ki, “Qazprom” bu barədə məlumat yayıb.
“Qazprom”un rəhbəri Aleksey Miller bildirib ki, 2026-cı ildə Rusiyanın yeraltı qaz anbarlarında ehtiyatların həcmi 73,296 milyard kubmetr təşkil etməklə tarixi rekord səviyyəyə çatacaq.
Onun sözlərinə görə, Rusiya və Belarusdakı istehlakçılar qarşıdakı qışda qaz təminatı ilə bağlı özlərini tam əmin hiss edə bilərlər.
Miller Rusiyanın qazından istifadə edən xarici tərəfdaşların da vəziyyətə nikbin yanaşdığını bildirib. O qeyd edib ki, “Qazprom” bu il Qazaxıstan, Qırğızıstan və Özbəkistana qaz tədarükünü ümumilikdə təxminən 70 faiz artırıb.
Qeyd edək ki, daha əvvəl Miller Avropa İttifaqı ölkələrində qaz anbarlarının doluluğunun 60 faizdən bir qədər çox olduğunu bildirərək, Avropanı qarşıdan gələn qışla bağlı xəbərdar edib.
15:21 04.09.2026
Oxunuş sayı: 42