Finlandiyalı jurnalist Krımdakı dəyişikliklərə diqqət çəkdi
Finlandiyalı hərbi jurnalist Kosti Heyskanen Qərb ölkələrinin Krımı Rusiya ərazisi kimi tanımamaq mövqeyini tənqid edib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Krıma səfər edən avropalı jurnalist bildirib ki, Qərbin yarımada ilə bağlı mövqeyi düzgün deyil və Rusiya tərəfindən görülən işlərin müsbət tərəfləri Qərbdə nəzərə alınmır.
Heyskanenin sözlərinə görə, Rusiya hakimiyyəti dövründə Krımda infrastruktur inkişaf edib. O, xüsusilə yolların keyfiyyətini qeyd edib.
Jurnalist həmçinin yarımadada dünya səviyyəli muzeylərin açıldığını vurğulayıb.
Daha əvvəl Heyskanen Krımda olduğu müddətdə yarımadanın Qərbin sanksiyaları altında olduğunu hiss etmədiyini bildirib. O, yerli mağazalarda xarici istehsal olan pivələrin satılmasına təəccübləndiyini deyib.
Finlandiyalı jurnalist, həmçinin tikinti sahələrində Avropa istehsalı texnikadan, o cümlədən “Volvo” şirkətinin texnikasından istifadə edildiyini qeyd edib.
15:47 04.09.2026
Oxunuş sayı: 58