Rusiya–Almaniya xəttində TƏHLÜKƏ SİQNALI
Rusiya Almaniya ilə diplomatik münasibətləri tamamilə dayandırmalıdır.
Crossmedia.az xəbər verir ki, “Gazeta.Ru” bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyova istinadən məlumat yayıb.
Juravlyov Berlinin Rusiyaya qarşı siyasətini və Almaniyanın Ukraynaya Rusiyadakı hədəflərin koordinatlarının toplanmasına kömək etmək planlarını buna əsas kimi göstərib.
Deputat bildirib ki, Moskva Almaniyaya qaz, gübrə və dərman tədarükünü də dayandırmalıdır. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər qarşılıqlı faydalı olmalıdır.
Juravlyov həmçinin Almaniyada Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının istehsal edildiyi müəssisələrə zərbələr endirilməsini təklif edib və həmin obyektləri hərbi hədəf adlandırıb.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Almaniyanın hazırkı rəhbərliyinin xarici siyasət kursunu sərt tənqid edib. O, Almaniya hakimiyyətinin İkinci Dünya müharibəsinin nəticələri ilə bağlı tarixi yaddaşdan şüurlu şəkildə uzaqlaşdığını bildirib.
15:39 04.09.2026
Oxunuş sayı: 46