İki nəhəng obyekt eyni vaxtda hədəfə alındı
Ukrayna Silahlı Qüvvələrinin Moskva vilayətində iri logistika obyektlərinə hücum etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Rusiya mənbələri bu barədə məlumat yayıb. Hücumun Podolsk şəhərində Wildberries şirkətinin ən böyük anbarlarından birinə və Domodedovodakı logistika kompleksinə yönəldiyi iddia edilir.
Məlumata görə, hər iki obyektdə genişmiqyaslı yanğın baş verib.
Hücum və yanğınlarla bağlı məlumatların müstəqil təsdiqi barədə əlavə məlumat verilməyib.
10:40 16.08.2026
Oxunuş sayı: 48