Polşa Ukrayna hərbçilərini hərbi paradda iştirak üçün dəvət etməyib
Polşa avqustun 15-də Varşavada keçiriləcək ölkənin ən böyük hərbi paradına Ukrayna hərbçilərini dəvət etməyib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi bu barədə “Suspilne”yə məlumat verib.
Polşa Silahlı Qüvvələri Gününə həsr olunacaq paradda ABŞ, Kanada, Avstraliya, Litva, Estoniya, İsveç və Rumıniyadan hərbçilər iştirak edəcək. Tədbirə ümumilikdə 1,8 mindən çox hərbçinin, 300-dən çox hərbi texnikanın və 60 təyyarənin cəlb olunması planlaşdırılır.
14:32 13.08.2026
Oxunuş sayı: 54