ABŞ Prezidentinin xüsusi elçiləri Moskva və Kiyevə səfər edə bilərlər - YENİLƏNİB
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitskoff və Donald Trampın kürəkəni Cared Kuşner yaxın iki həftə ərzində Kiyevə səfər edə bilərlər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə jurnalist Kristofer Miller məlumat yayıb.
Onun sözlərinə görə, Uitskoff və Kuşner Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik səyləri yenidən canlandırmaq məqsədilə ilk dəfə Kiyevə səfər etməyə razılaşıblar. Səfərin dəqiq vaxtı hələ müəyyənləşdirilməyib və planların dəyişə biləcəyi bildirilir.
Məlumata görə, Tramp və Zelenskinin komandaları Uitskoff və Kuşnerin yaxın iki həftə ərzində Kiyevə səfər edəcəyini gözləyirlər.
21:57
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitskoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiyaya səfəri yaxın həftələrdə baş tuta bilər.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Səfərin dəqiq baş tutacağı hələ məlum deyil.
22:27 28.07.2026
Oxunuş sayı: 49