XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
Bakı Dövlət Universiteti (BDU) və Tusi-Bohm Planetariumunda VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında bu il 22-23 iyul tarixlərində keçirilmiş seçmə imtahanının nəticələrinə əsasən, XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (İOAA 2026) ölkəmizi təmsil edəcək 5 nəfərlik komandanın üzvləri müəyyənləşib.
BDU-dan Crossmedia.az-a bildirilib ki, Azərbaycan komandası hər il olduğu kimi, bu il də nüfuzlu beynəlxalq olimpiadada Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir.
BDU, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılıq etdiyi VI Azərbaycan Astronomiya Olimpiadası və XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir.
17:53 28.07.2026
Oxunuş sayı: 43