Peskov: ABŞ Rusiya ilə telefon danışığı üçün müraciət etməyib
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ tərəfi hələlik Rusiya ilə telefon danışığının keçirilməsi üçün müraciət etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Peskovun sözlərinə görə, Vaşinqton Ukrayna məsələsini gündəmdən çıxarmayıb, lakin hazırda ABŞ üçün daha prioritet hesab edilən digər problemlər mövcuddur.
“Amerikalılar Ukrayna istiqamətini tərk etməyiblər. Sadəcə, onlar üçün həll olunmalı daha vacib məsələlər ortaya çıxıb. Ukrayna istiqaməti üzrə isə təmaslar davam edir və indiyədək də davam edib”, – deyə Kremlin sözçüsü vurğulayıb.
15:23 28.07.2026
Oxunuş sayı: 51