Netanyahu ABŞ ilə razılaşmır: Mən onlara yox deyəcəyəm
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin İsrail ordusunun Qəzza zolağı, Suriya və Livandan çıxarılmasında israr etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Channel 13" bu barədə məlumat yayıb.
Məlumata görə, Netanyahu bu barədə Nazirlər Kabinetinin iclasında məlumat verib və Vaşinqtonun mövqeyi ilə razılaşmadığını bildirib.
İsrailin baş naziri nazirlərə müraciətində ABŞ-nin bu tələbinə qarşı çıxacağını vurğulayıb.
"Mən onlara yox deyəcəyəm", – deyə Netanyahu bildirib.
11:21 27.07.2026
Oxunuş sayı: 55