Fransada meşə yanğınları hərbi sənaye müəssisələrinə yaxınlaşıb
Fransanın Bordo şəhəri yaxınlığında baş verən genişmiqyaslı meşə yanğınları ölkənin müdafiə sənayesi üçün strateji əhəmiyyət daşıyan bir sıra müəssisələr üçün təhlükə yaradıb.
Crossmedia.az xəbər verir ki, "BFMTV" bu barədə məlumat yayıb.
Məlumata görə, yanğın ocaqlarının yaxınlığında aerokosmik şirkət "ArianeGroup"-a məxsus dörd obyekt yerləşir. Onlardan ikisi Sen-Medar-an-Jal kommunasında fəaliyyət göstərir. Həmin yaşayış məntəqəsindən sakinlər təxliyə edilib.
Bildirilir ki, bu müəssisələrdə M51 ballistik raketləri üçün yanacaq istehsal olunur. Digər obyektdə isə Ariane 6 raketdaşıyıcısı üçün mühərriklər hazırlanır.
Bundan başqa, ərazidə raket mühərriklərinin istehsalı üzrə ixtisaslaşmış "Roxel France" şirkətinin, eləcə də Fransanın aparıcı müdafiə sənayesi müəssisələri olan "Dassault", "Safran" və "Thales" şirkətlərinin obyektləri yerləşir.
Hazırda yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir. Məlumatda hərbi sənaye müəssisələrinə ziyan dəyib-dəymədiyi barədə məlumat verilməyib.
11:37 27.07.2026
Oxunuş sayı: 63