Tramp: ABŞ-nin sursat ehtiyatı kifayət qədərdir
ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa edilməməsinin səbəbinin sursat çatışmazlığı olması barədə iddiaları təkzib edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə "The Wall Street Journal" qəzetinə açıqlamasında bildirib.
ABŞ lideri deyib ki, ölkəsinin ehtiyac duyduğundan daha çox sursat ehtiyatı var.
"Bizdə dünyada hər kəsdən daha çox sursat var. Ehtiyac duyduğumuzdan da qat-qat artıq sursat ehtiyatına malikik", – deyə Tramp vurğulayıb.
Beləliklə, o, sursat çatışmazlığının İranla müharibənin yenidən genişmiqyaslı mərhələyə keçməməsinin əsas səbəblərindən biri olması ilə bağlı yayılan məlumatları təkzib edib.
10:26 27.07.2026
Oxunuş sayı: 63