ABŞ Fransanı BMT-dəki səsverməyə görə tənqid etdi
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Fransanı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsinə namizədin seçilməsi ilə bağlı səsverməyə görə sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ diplomatı açıqlama verib.
Uolts bildirib ki, Fransanın mövqeyi təəssüf doğursa da, onun üçün gözlənilməz deyil.
"Fransa insan hüquqlarını ən kobud şəkildə pozanlardan birini dəstəkləməklə bağlı biabırçı səsverməsindən diqqəti yayındırmağa çalışır", – deyə o bildirib.
ABŞ diplomatı əlavə edib ki, Fransa ABŞ, Böyük Britaniya və İsrail kimi azad və suveren demokratik dövlətləri tənqid edən, eyni zamanda dünyadakı ən sərt repressiv rejimlərlə yaxınlaşan namizədi dəstəkləyib.
09:49 27.07.2026
Oxunuş sayı: 69