Ukraynadan xəbərdarlıq: Şimali Koreya Rusiyaya minlərlə hərbçi göndərir
Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiyaya əlavə 30 min hərbçi göndərməyi planlaşdırdığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Voronej vilayətində artıq iyun ayından etibarən Şimali Koreya hərbçilərinin yerləşdirilməsi üçün hazırlıq işləri aparılır.
“Şimali Koreya həmçinin Rusiyaya ballistik raketlər üçün nəzərdə tutulan yeni buraxılış qurğuları verməyə hazırlaşır”, – deyə Ukrayna lideri bildirib.
Cənubi Koreyanın Milli Təhlükəsizlik Strategiyası İnstitutunun analitiklərinin məlumatına görə, Şimali Koreya artıq hərbi əməliyyatlara dəstək məqsədilə 20 mindən çox hərbçisini cəlb edib.
23:36 25.07.2026
Oxunuş sayı: 66