ABŞ-də evdə baş verən yanğında səkkiz nəfər ölüb
ABŞ-nin Miçiqan ştatında baş verən ev yanğınından sonra 8 nəfərin cəsədi aşkarlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Polisin məlumatına görə, ölənlər arasında 5-15 yaş aralığında uşaqlar da olub. Bəzi şəxslərin odlu silah yaraları aldığı müəyyən edilib.
Hüquq-mühafizə orqanları hadisənin mümkün səbəblərindən biri kimi kütləvi qətl və ardınca intihar versiyasını araşdırır.
İnsidentlə bağlı araşdırma davam edir.
23:04 25.07.2026
Oxunuş sayı: 56