Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunub
Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi 2026–2027-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, proqram Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində həyata keçirilir.
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan vətəndaşları Mərakeşin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı əldə edəcəklər.
Təqaüd proqramına müraciət üçün son tarix 6 avqust 2026-cı il müəyyən edilib.
11:33 25.07.2026
Oxunuş sayı: 53