Almaniya "Şimal Axını 2" partlayışını araşdırmamaqda ittiham olunur
Almaniya Bundestaqının "Almaniya üçün Alternativ" (AfD) Partiyasından olan deputatı Şteffen Kotre ölkə hakimiyyətinin "Şimal axını" qaz kəmərlərində baş vermiş partlayışlarla bağlı həqiqətin üzə çıxarılmasında maraqlı olmadığını iddia edib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Kotre Almaniya hökumətini öz vətəndaşlarının maraqları zərərinə hərəkət etməkdə ittiham edib.
Onun sözlərinə görə, Berlin bir tərəfdən transatlantik maraqları Almaniyanın təhlükəsizlik və iqtisadi maraqlarından üstün tutur, digər tərəfdən isə Ukraynanı Rusiyaya qarşı vasitə kimi saxlamağa çalışır.
10:03 25.07.2026
Oxunuş sayı: 62