İsrail naziri: Türkiyə ilə hərbi toqquşma sabah da baş verə bilər
İsrailin Diasporla İşlər Naziri Amihay Çikli bildirib ki, Şərqi Aralıq dənizində Türkiyə ordusu ilə birbaşa hərbi qarşıdurma artıq fantastik ssenari kimi görünmür və hətta “sabah səhər” reallığa çevrilə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirin sözlərinə görə, belə bir risk Türkiyənin regionda ən güclü hərbi-dəniz donanmalarından birinə malik olması ilə əlaqələndirilir. Bu isə Şərqi Aralıq dənizində hipotetik dəniz qarşıdurmasının texniki baxımdan mümkün olduğunu göstərir.
17:43 23.07.2026
Oxunuş sayı: 31