Yeni tədris ili üçün peşə təhsilinə 28 mindən çox tələbənin qəbulu nəzərdə tutulur
2026/2027-ci tədris ili üzrə 28 140 tələbənin peşə təhsilinə qəbul olunması hədəflənir.
Crossmedia.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, 2020-ci ildən etibarən peşə təhsilinə qəbul olunanların sayı 90% artıb:
"2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yeri ayrılıb. Ayrılmış plan yerlərinin 3 000-i ilk peşə təhsili səviyyəsinə, 27 260-ı texniki peşə təhsili, 2 860-ı yüksək texniki peşə təhsilinə aiddir. Yeni tədris ili üzrə 28 140 tələbənin qəbul olunması hədəflənir".
İ.Bayramlı qeyd edib ki, qəbul planının 74%-ni (24 425 yer) dövlət sifarişli yerlər təşkil edir:
"Dövlət sifarişli plan yerlərinin sayı son 4 ildə 52 % artıb".(Report)
11:24 23.07.2026
Oxunuş sayı: 37