Ukrayna komandanı Krımın geri qaytarılması strategiyasını açıqlayıb
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) Krımın geri qaytarılması ilə bağlı Kiyevin strategiyasını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna Krımı quru əməliyyatı ilə deyil, Rusiya qüvvələrinin logistikasını və təminat sistemini sistemli şəkildə sıradan çıxarmaqla geri qaytarmağı planlaşdırır.
Brovdi bildirib ki, Ukrayna qüvvələri enerji infrastrukturu obyektlərinə, yanacaq ehtiyatlarına və təchizat marşrutlarına zərbələr endirərək Rusiya hərbçilərinin yarımadada qalmasını mümkünsüz etməyə çalışır.
"Üç gün ərzində Krıma yanacaq daşıyan 21 tankeri girişdə yandırmışıq. Növbəti 72 saat ərzində daha 121-ni, lazım gələrsə 221-ni də məhv edəcəyik. Nə qədər olsalar, bir o qədərini məhv edəcəyik", – deyə o bildirib.
11:34 22.07.2026
Oxunuş sayı: 54