Ukraynanın elit xüsusi təyinatlıları düşmən arxasında əməliyyatları artırıb
Ukraynanın elit xüsusi təyinatlı bölmələri son aylarda düşmən arxasında həyata keçirdikləri əməliyyatların sayını artırıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.
Nəşrin yazdığına görə, söhbət əsasən kəşfiyyat, diversiya və yüksək dəqiqlik tələb edən xüsusi əməliyyatlardan gedir. Bu missiyalar Rusiyanın hərbi logistikasına, komanda-idarəetmə məntəqələrinə və mühüm infrastruktur obyektlərinə zərbələr endirməyə yönəlib.
Məlumatda bildirilir ki, bu cür əməliyyatlar Ukraynanın döyüş strategiyasında getdikcə daha mühüm yer tutur və cəbhə xəttindən uzaqda həyata keçirilir. Nəşrin qiymətləndirməsinə görə, bu taktika Rusiyanın arxa cəbhədəki imkanlarını zəiflətməyə hesablanıb.
11:18 22.07.2026
Oxunuş sayı: 64