Fransanın Korsika adasında yüzlərlə hektar meşə sahəsi yanıb
Fransanın Korsika adasının şimalında yerləşən Yuxarı Korsika departamentində baş verən meşə yanğınları bir həftə ərzində 400 hektar meşə və bitki örtüyünü məhv edib.
Crossmedia.az xəbər verir ki, "Agence France-Presse" (AFP) yerli hakimiyyət orqanlarına istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, Albertacce və Korte kommunalarında ildırım vurması nəticəsində yaranan iki yanğın bazar günü də dağlıq və əlçatmaz ərazilərdə yayılmaqda davam edib.
İyulun 19-na olan məlumata əsasən, yanğınların söndürülməsinə 170-ə yaxın yanğınsöndürən, iki yanğınsöndürmə helikopteri və üç yanğınsöndürmə təyyarəsi cəlb olunub.
Yanğınların söndürülməsi istiqamətində əməliyyatlar davam edir.
17:47 19.07.2026
Oxunuş sayı: 71