Ed Miliband Böyük Britaniyanın yeni xarici işlər naziri ola bilər
Böyük Britaniyada Endi Börnemin formalaşdıracağı yeni hökumətdə xarici işlər naziri vəzifəsinə energetika təhlükəsizliyi və karbon neytrallığı naziri Ed Milibandın təyin oluna biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, "The Sunday Times" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, əvvəllər Milibandın maliyyə naziri olacağı ehtimal edilsə də, hazırda bu vəzifəyə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmudun namizədliyi daha real görünür.
Məqalədə qeyd olunur ki, hakim Leyboristlər Partiyasının sədr müavini Lüsi Pauell baş nazirin müavini postunu tuta bilər.
Bundan başqa, keçmiş nəqliyyat naziri Luiz Heyqin Lankaster Hersoqluğunun kansleri (xüsusi tapşırıqlar üzrə nazir) vəzifəsinə təyin olunacağı iddia edilir.
15:54 19.07.2026
Oxunuş sayı: 72