Baş nazir vətəndaşların 16 yaşdan etibarən səs verməsinə icazə tələb edib
Macarıstanın baş naziri Peter Macar ölkədə seçkilərdə iştirak üçün yaş həddinin 18-dən 16-ya endirilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, Peter Macar bu barədə "Facebook" səhifəsində paylaşım edib.
O bildirib ki, bu qaydanın ölkə konstitusiyasında təsbit olunmasını təklif edir və müvafiq dəyişikliklərin hazırlanmasının növbəti bir il ərzində həyata keçirilməsini istəyir.
Peter Macarın sözlərinə görə, gənclər arasında siyasətə və ictimai həyata maraq yenidən artıb.
"Gənclər nəhayət hiss ediblər ki, ümumi məsələlərin həllinə onlar da təsir göstərə bilərlər. Hesab edirəm ki, 18 yaşdan aşağı olan gənclərin böyük əksəriyyəti kollektiv qərarların qəbulunda iştirak etmək üçün kifayət qədər məlumatlı və hazırlıqlıdır", – deyə o qeyd edib.
Məlumata görə, Avropa İttifaqı ölkələrinin əksəriyyətində seçkilərdə səsvermə hüququ 18 yaşdan başlayır. Bununla belə, Avstriya, Belçika və Almaniyada vətəndaşlar bəzi seçkilərdə 16 yaşından səs verə bilirlər.
10:21 19.07.2026
Oxunuş sayı: 77