Lindsi Qrem ölümündən əvvəl Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini planlaşdırırmış
ABŞ-də vəfat edən senator Lindsi Qrem ölümündən əvvəl Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi təşəbbüsü üzərində işləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ Konqresinin üzvü Maykl Makkol bildirib ki, o, bu təşəbbüsü Qremlə Kiyevə səfəri zamanı müzakirə edib.
Makkolun sözlərinə görə, senator Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin daha da sərtləşdirilməsinin tərəfdarı idi və bu istiqamətdə yeni addımların atılmasını planlaşdırırdı.
Qeyd edək ki, Lindsi Qremin iyulun 11-də axşam saatlarında qısa müddətli xəstəlikdən sonra dünyasını dəyişib.
17:28 12.07.2026
Oxunuş sayı: 55