Sviridenkonun ABŞ-yə səfir göndəriləcəyi iddia olunur
Ukrayna Baş nazirinin keçmiş birinci müavini Yuliya Sviridenkonun ABŞ-də səfir vəzifəsinə təyin olunacağı iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Məlumata görə, hazırda Ukrayna Nazirlər Kabinetinə rəhbərlik edə biləcək namizədlər arasında qeyri-rəsmi olaraq aşağıdakı şəxslərin adları çəkilir:
keçmiş baş nazir, hazırda energetika naziri Denis Şmıqal;
müdafiə naziri Mixaylo Fedorov;
Xarkov meri İqor Terexov;
"Naftoqaz" İdarə Heyətinin sədri Serhiy Koretski.
Rəsmi Kiyev bu məlumatlarla bağlı hələlik açıqlama verməyib.
16:56
Ukrayna Prezidenti Volodimir Zelenski hökumətin yenilənəcəyini və hazırkı baş nazir Yuliya Sviridenkonun vəzifədən ayrılacağını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə o açıqlama verib.
Zelenskinin sözlərinə görə, Yuliya Sviridenko bundan sonra ölkənin əsas tərəfdaşlarından biri ilə münasibətlər üzrə "yeni mühüm istiqamətə" rəhbərlik edəcək.
Prezident həmçinin bildirib ki, bundan sonra Ukraynanın hər bir prioritet xarici siyasət istiqaməti üzrə böyük təcrübəyə malik konkret məsul şəxs təyin olunacaq.
Zelenski hökumətdə planlaşdırılan digər dəyişikliklərlə bağlı əlavə təfərrüat açıqlamayıb.
17:17 12.07.2026
Oxunuş sayı: 61