Belqorod vilayətində PUA hücumları nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
Rusiyanın Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində bir mülki şəxs həlak olub, daha üç nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə vilayətin operativ qərargahı məlumat yayıb.
Məlumata görə, Krasnoyarujski rayonunun Repyaxovka kəndi yaxınlığında avtomobil partlayıcı qurğuya düşüb. Hadisə nəticəsində avtomobildə olan bir kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər sərnişinə açıq kəllə-beyin travması və müxtəlif nahiyələrdən qəlpə yaraları diaqnozu qoyulub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Avtomobil isə tamamilə yanıb.
Bundan başqa, Qrayvoron rayonunun Zamostye kəndində FPV tipli pilotsuz uçuş aparatı velosipedçiyə hücum edib. Yaralı döş qəfəsi və qarın nahiyəsindən qəlpə xəsarətləri ilə xəstəxanaya aparılıb.
Valuyki şəhərində PUA hücumu nəticəsində daha bir kişi açıq bud sümüyü sınığı alıb və əlində iki barmağını itirib. Onun da vəziyyətinin ağır olduğu bildirilir.
Operativ qərargahın məlumatına əsasən, hücumlar nəticəsində Krasnaya Yaruqa, Stepnoye, Çapayevski, Kazinka, Nikolskoye, Krasnıy Oktyabr, Yasnıye Zori, Otradnoye, Novaya Tavoljanka, eləcə də Şebekino və Qrayvoron yaşayış məntəqələrində də dağıntılar qeydə alınıb.
16:14 12.07.2026
Oxunuş sayı: 63